Rusların Polşa və Baltikyanı ölkələrə girişinə qadağa tətbiq olunmağa başladı
Bircə Finlandiya qaldı..?

Beləliklə, sentyabrın 19-dan etibarən Estoniya, Latviya, Litva və Polşa Aİ-nin digər ölkələrində verilmiş Şengen vizası olan Rusiya və Belarus vətəndaşlarını öz sərhədlərindən keçirməyə icazə verməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Estoniya Xarici İşlər Nazirliyi bəyan edib.

Qeyd edək ki, məhdudiyyətlər Avropa İttifaqına səfər məqsədi turizm, biznes, idman və ya mədəniyyət olan səyahətçilərə şamil edilir.

Amma yük maşını sürücüləri, diplomatlar və humanitar səbəblərdən sərhədi keçənlər, o cümlədən dissidentlər üçün istisnalar olacaq.

Onu da qeyd edək ki, bundan, yəni sentyabrın 19-dan sonra Estoniyada daşınmaz əmlakı olan Rusiya vətəndaşları artıq ölkəyə səfər etmək üçün viza ala bilməyəcək və onlar öz əmlaklarını uzaqdan idarə etməli olacaqlar.

...Beləliklə, sentyabrın 19-dan etibarən rusların quru sərhədindən keçə biləcəyi yeganə Avropa İttifaqı ölkəsi Finlandiya olaraq qalır.

Amma qeyd edək ki, Finlandiya səlahiyyətliləri turist Şengen vizalarına girişə tam qadağa tətbiq etməkdən hələ ki, imtina edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə