"Krımı gələn il azad edəcəyik..."

"Krımı gələn il azad edəcəyik..."

"...Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krımın işğaldan azad edilməsi üzrə tamhüquqlu əməliyyatı 2023-cü ildə başlayacaq".

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri İnformasiya Müqaviməti qrupunun hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib.

“...Bu əməliyyat artıq tam miqyasda başlayanda, onlar nə baş verdiyini izah edə bilməyəcəklər”- deyə ekspert qeyd edib.

Kovalenkonun dediyinə görə, onlar Krımı azad etməyə başladıqları ərəfədə də guya Rusiya prezidenti Vladimir Putin Ukraynada hər şeyin “plan üzrə getdiyi” rəvayətinə sadiq qalacaq.

Onlar yenə də hansısa missiyanı yerinə yetirdiklərini, hansısa ssenariyə uyğun hərəkət etdiklərini, guya bütün hərəkətlərini planlaşdırdıqlarını bəyan edəcəklər, deyən Kovalenko, Rusiyanın 2023-cü ildə də belə bir hekayəni dəstəkləyəcəyinə əmin olduğunu bildirib.

Yeri gəlmişkən xatırladaq ki, bu yaxınlarda prezident Vladimir Zelenski “...ola bilər ki, Ukrayna Krımı diplomatiya yolu ilə qaytarsın” deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə