İngiltərə kraliça II Elizabeta ilə vidalaşır

İngiltərə kraliça II Elizabeta ilə vidalaşır

Britaniya sentyabrın 8-də vəfat edən kraliça II Elizabeta ilə vidalaşmaqda davam edir. SİA xəbər verir ki, 96 yaşında vəfat edən Kraliça Elizabetin xatirəsi saat 22.00-da ölkə daxilində bir dəqiqəlik sükutla yad edilib. Böyük Britaniyanın Baş Naziri Liz Truss və yoldaşı Hyu O'Liri kraliçanın həyatı və irsi haqqında düşünmək üçün Baş Nazirin 10 nömrəli iqamətgahı qarşısında bir dəqiqəlik sükutda iştirak ediblər.

Qeyd edək ki, İngiltərə kraliçası II Elizabeta sentyabrın 8-də yay tətilini keçirdiyi Şotlandiyanın Aberdinşir bölgəsindəki Balmoral qəsrində vəfat edib. Kraliçanın dəfn mərasimi sabah paytaxt Londondakı Westminster Abbey kilsəsində keçiriləcək. O, müqəddəs Georgi Kapellasında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə