Qırğızıstan-Tacikistan sərhəddində baş verən qarşıdurmalarda daha 10 qırğızlı həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, toqquşmalarda ölənlərin ümumi sayı 48-ə yüksəlib.
Sentyabrın 14-17-də Qırğızıstan-Tacikistan sərhəd xəttində iki ölkə arasında baş verən qarşıdurmada insan itkiləri artır. Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada qarşıdurmalarda daha 10 nəfərin həyatını itirdiyi və Qırğızıstan bölgəsində ümumi itkilərin 46-ya yüksəldiyi bildirilib.
Nazirlik toqquşmalarda yaralananların sayının 11 nəfər artaraq 143 nəfərə çatdığını da açıqlayıb. Tacikistan rəsmi olaraq indiyə qədər 2 əsgərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB