Nikol, Pelosini “Ermənistanın əsl dostu” adlandırıb

Nikol, Pelosini “Ermənistanın əsl dostu” adlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ABŞ-ın erməni demokratiyasına verdiyi dəstəyə görə təşəkkür edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Nikol, Pelosini “Ermənistanın əsl dostu” adlandırıb.

...Azərbaycanın Ermənistana “təcavüzü” ilə bağlı ABŞ-ın aydın mövqeyini yüksək qiymətləndiririk. Əlbəttə, ABŞ hökumətinin aydın dili xoşdur, çünki bu, bizim üçün çox vacibdir”, - Nikol deyib bunları.

Xatırladaq ki, Pelosi bundan əvvəl Bakının Ermənistan-Azərbaycan sərhədində İrəvana qarşı hərəkətlərini pisləyib. Onun sözlərinə görə, Azərbaycan hərbçilərinin “ölümcül hücumları” Ermənistanın suverenliyinə “hücum”dur.

Sentyabrın 17-də Pelosi nümayəndə heyəti ilə birlikdə İrəvana gəlib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə