“Sən yanlış yerdə oturmusan”

Odessada aksiya keçirilib, aksiya iştirakçıları Odessanın qurucuları abidəsinin mərkəzi fiquru olan Rusiya İmperatoru II Yekaterina abidəsinin sökülməsini tələb ediblər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu gün şəhərin mərkəzində, abidənin ucaldıldığı Yekaterininskaya meydanında 15-ə yaxın gənc toplaşıb.

Fəallar rus və ukrayna dillərində “Sən yanlış yerdə oturmusan” və bir sıra bu kimi yazılar olan plakatlarla gəliblər.

Onlar postamentdə dayanıb: “Sökün!”, “Ukraynaya eşq olsun!” şüarları səsləndirir, həmçinin şəhərin meri Gennadi Truxanovu bu abidəni sökmək istəməməkdə ittiham ediblər.

Verilən məlumata görə, bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına yaxınlaşaraq aksiyanı dayandırmağı xahiş ediblər.

Yeri gəlmişkən, Ukraynanın “UNİAN” agentliyinin xəbər verir ki, bu ilin iyulunda mərkəzi fiquru Rusiya İmperatoru II Yekaterina olan “Odessanın qurucuları” abidəsinin sökülməsi ilə bağlı prezidentə ünvanlanmış petisiya lazımi sayda imza toplasa da, şəhərlərdəki abidələrin sökülməsi (köçürülməsi, sökülməsi və s.) yerli hakimiyyət orqanlarının səlahiyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə