Çin Kremlin təbliğatını təkrarlasa da...

ABŞ prezidenti Olimpiya Oyunları zamanı Çin prezidenti Si Cinpinə Rusiyaya qarşı sanksiyaların pozulmasının "böyük səhv" olduğunu deyib
Çin Kremlin təbliğatını təkrarlasa da...

ABŞ prezidenti Cozef Bayden hazırda Ukraynaya qarşı müharibədə kömək üçün Çindən Rusiyaya silah tədarükünə dair heç bir sübut olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Amerika lideri bu barədə “60 Minutes” portalına müsahibəsində danışıb.

ABŞ prezidentinin sözlərinə görə, indiyə qədər Çinin Ukraynaya qarşı müharibədə kömək üçün silah və ya Rusiyanın istədiyi başqa şeylər təklif etdiyinə dair heç bir əlamət yoxdur.

Maraqlıdır ki, bu barədə daha danışmaq istəməyən Baydenə portal əməkdaşı davam etməsini xahiş edib.

Amma bunun əvəzinə Bayden Pekin Olimpiadası zamanı Si Cinpinlə söhbətindən danışıb.

“…Prezident Si-yə zəng etdim. Təhdid etmək üçün yox, sadəcə dəfələrlə görüşdüyümüzü söyləmək üçün. Və mən dedim: "Əgər siz Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozandan sonra amerikalıların və başqalarının Çinə investisiya qoymağa davam edəcəklərini düşünürsünüzsə, məncə, siz çox böyük səhv edirsiniz”.

Xatırladaq ki, avqustun ortalarında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin müharibədə bitərəf qaldığını bildirmişdi. Onun dediyinə görə, ÇXR Kremlin təbliğatını təkrarlasa da, lakin praktiki olaraq Rusiyanı dəstəkləmir.

ABŞ dövlət katibi Entoni Blinken isə sentyabrın 17-də Hindistan və Çinin Ukraynadakı müharibə ilə bağlı qorxularını necə ifadə etdiklərini xatırladıb. Onun sözlərinə görə, bu, təcavüzkara təzyiqləri artırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə