Qırğızıstanın Xarici İşlər Nazirliyi Tacikistanla münaqişəni əvvəlcədən planlaşdırılan silahlı təcavüz aktı kimi qiymətləndirir və müvafiq sübutlar təqdim etməyə hazırdır olduğunu bildirir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.
Nazirlik vurğulayıb ki, Tacikistan hakimiyyətinin məsuliyyəti Qırğızıstanın üzərinə yıxmaq cəhdləri “əsassız ittihamlardır”. Qırğızıstan hakimiyyəti sərhəd münaqişəsində Tacikistanın hərbi təcavüzün təşəbbüskarı olması ilə bağlı bütün zəruri sübutları təqdim etməyə hazırdır.
Qırğızıstan Xarici İşlər Nazirliyi “təcavüzün başlanğıcını, eləcə də Qırğızıstan Respublikası ərazisində tacik hərbçilərinin törətdiyi bütün vəhşilikləri və cinayətləri” əks etdirən foto və video materialların olduğunu açıqlayıb.
Bundan əlavə, Qırğızıstanın Xarici İşlər Nazirliyi Tacikistanı Batken vilayətinin bəzi kəndlərini ələ keçirməkdə ittiham edib və ölkə hökumətinin mübahisəli məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib.
Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədində qarşıdurmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız axşama doğru əldə edildi. Qırğızıstan tərəfi 24 nəfərin öldüyünü, 120-dən çox insanın yaralandığını bildirib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər.
P.S: Bu gün Qırğızıstan tərəfi ölənlərin sayının artıq 46-ya çatdığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB