Moldovada prezident Maia Sandunun istefası tələb olunur

Moldovada prezident Maia Sandunun istefası tələb olunur

Bu arada müxalifətdə olan “Şor” partiyasının minə yaxın tərəfdarı Moldova prezident administrasiyasının binası qarşısında respublika lideri Maia Sandunun istefası tələbi ilə mitinqə çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Etirazçıların şüarları arasında - "Vaşinqton bizim paytaxtımız deyil!" və “Sandanı qazla dəyişdirin!”...olub.

Moldova parlamentinin deputatı Regina Apostolovanın sözlərinə görə, ölkə vətəndaşları o qədər “yoxsullaşıblar” ki, onlar nəinki hesabı ödəyə, hətta özlərini ən zəruri şeylərlə belə təmin edə bilmirlər.

...Orhei bölgəsinin sədri Dinu Turcanu isə hökumət istefaya getməyənə qədər mitinqi fasiləsiz olaraq davam edtdirəcəklərini bildirib.

Xatırladaq ki, Moldovada hökumət əleyhinə etirazlar ötən ilin yayından başlayıb.

Müxalifət üzvləri ölkədə sürətlə bahalaşmadan narazılıqlarını bildirir, Fəaliyyət və Razılıq Partiyasının qurduğu Avropayönlü hökumətin istefasını tələb edirlər.

Bundan əvvəl Moldova hakimiyyəti Ukraynanı yanacaq böhranı yaratmaqda günahlandırıb, həmçinin Rusiya qazının tədarükünə “real alternativ” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə