Deyirəm...Allah Kiselevun “üzünə baxıb ki,..”

Deyirəm...Allah Kiselevun “üzünə baxıb ki,..”

Beləliklə, Dmitri Kiselevin Krımdakı malikanəsi yox,..hələlik malikanənin yanında saxladığı avtomobilləri yandırıldıqdan sonra artıq onu və təbii ki, malikanəsini Milli Qvardiya ilə yanaşı post patrul xidməti də qoruyacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bölgü aparılıb. Belə ki, Kiselevin villasına daxili perimetri qoruyacaq Rusiya Qvardiyasının əməkdaşlarının birləşdirilməsi barədə qərar qəbul edilib. Post patrul xidməti işçiləri isə xarici perimetrin qayğısına qalacaqlar. (...nə gözəl!)

Verilən məlumatına görə, Koktebeldəki villada teleaparıcının qolf arabası və “Land Rover” avtomobilinin yandırılmasına ilk reaksiya verən qonşusu...elə o dəqiqə villanın ev müdirinə zəng edib.

Və daha sonra təchizat meneceri polisə Kiselyovun guya hər gün ukraynalılar tərəfindən hədələndiyini bildirib. Təchizat meneceri onu da bildirib ki, Vladimir Solovyova qarşı uğursuz sui-qəsddən sonra, Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşları Kiselyov qorunmağa başlanılıb.

Ehtimallara görə, ukraynalı neonasistlər Solovyovdan sonra Kiselyovu da məhv etmək niyyətində imişlər? (...onda belə görünür ki,..yaxşı qurtarıb)

Maraqlıdır ki, yerli polis tibbi maska, əlcək və ayaqqabı geyinmiş yanğın törədən şəxsi tapmaqda çətinlik çəkir. (...mənə elə gəlir ki, ayaqqabısız olsaydı, ayağının ləpiriylə tutmaq olardı.)

Hüquq-mühafizə orqanlarının əməkdaşları bilirlər ki, yanğın törədən şəxs ehtimal ki, velosipeddən istifadə edib və bundan sonra o, dağdan keçərək meşəyə girib.

Bir daha xatırladaq ki, teleaparıcı Kiselevin Koktebeldəki villasında avtomobillərin yandırılması sentyabrın 17-də baş verib. Belə ki, gecə saat 2 radələrində naməlum şəxs teleaparıcının villasına daxil olaraq “Land Rover Defender” markalı avtomobili və qolf arabasını yandırıb.

Polis cinayət işi qaldırıb və yanğın törədən şəxsi axtarmağa başlayıb. Deyilənə görə, cinayətkar tutulsa...onu ən azı 5 ilə qədər həbs gözləyir.

Onu da deyim ki, bu hadisə mənə Molla Nəsrəddinin bir lətifəsini xatırladıtdı. Danışmayacam, özünüz tapıb oxuyarsınız...

Amma, deyirəm ki, Allah Kiselevun üzünə baxıb ki, maşını yandırılanda o maşının içində olmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə