İrəvanda KTMT-dən çıxmaq tələbi ilə mitinq keçirilir

İrəvanda KTMT-dən çıxmaq tələbi ilə mitinq keçirilir

Hazırda İrəvanın Azadlıq meydanında Ermənistanın KTMT-dən çıxması üçün mitinq keçirilir. Qeyd edək ki, mitinqdə bir neçə yüz fəal, o cümlədən Qərb fondları tərəfindən maliyyələşdirilən təşkilatların əməkdaşları iştirak edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Qeyd olunur ki, meydanda baş verənlər yerli portalların müxbirləri tərəfindən real vaxt rejimində yayımlanır.

Aksiya iştirakçılarından olan sosioloq Karen Sarkisyan vurğulayıb ki, xalq “bizim hökumətdən tələb edin, onu dəstəkləyin ki, KTMT-dən çıxaq” deyə toplaşıblar.

O, izah edib ki, bundan sonra ölkənin təhlükəsizliyini təmin etmək üçün tədbirlərlə bağlı “əsl müttəfiqlərimiz”lə danışıqlar başlayacaq.

Parlamentari Viktor Vodolatski İrəvandakı mitinqlərin Konqresin rəhbəri Nensi Pelosinin səfəri ilə əlaqədar ABŞ-ın qeyri-kommersiya təşkilatları tərəfindən təşkil edildiyini bildirib.

Onun sözlərinə görə, Ermənistanda Vaşinqtonun tərəfdarları kifayət qədər çoxdur. Bununla belə, ölkədəki uyğunlaşma “anqlo-saksonların və Pelosinin xeyrinə deyil”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə