Ermənilər “Rusiya ilə əbədi” "biabırçı plakat”ı çıxarıb tulladılar

İrəvana gələn Nensi Pelosinin belə plakatları sevmədiyi deyilir...
Ermənilər “Rusiya ilə əbədi” "biabırçı plakat”ı çıxarıb tulladılar

...Amma bunu çox doğru eləmisiniz. Deyim ki, bəzi qadınlar belə şeylərdə çox həssas olurlar. Nə bilmək olar, olmadı elə, oldu belə...plakatdı, dəydi gözünə, bəs, sonra...

Yadımdadı, o vaxt almaniyalı kansler Angela Merkel də İrəvana gələndə axşamların birində onu şəhərə gəzməyə çıxarmışdılar. O da yadımdadı ki, onun gəzintisi xətasız-filansız ötüşdü.

Amma indi nə bilmək olar?

Doğrudur, Nensi Pelosinin poliqlot olub olmaması barədə məlumatsız olsam da amma, dediyim kimi, yenə də nə bilmək olar, yanındakı tərcüməkardan da plakatda nə yazıldığını soruşa bilər.

Ona görə də, ermənilərin bu sahədə də işlərini etbarlı tutması “yaxşı hal kimi” qiymətləndirilməlidir.

...Nədir məsələ? Deməli, ermənilər Pelosi xanımın gəlişi ilə əlaqədar olaraq İrəvan küçələrində Rusiya prezidenti Vladimir Putinin yer aldığı... “biabırçı plakat” və “Rusiya ilə əbədi” yazısını çıxarıb tullayıblar. Maraqlıdır ki, erməni saytları da buna “dəstək” verərək, bunu hökumətin simvolik və düzgün addımı kimi qiymətləndiriblər.

Hətta, erməni saytları bir az irəli də gedib, “...demokratik, Avropa Ermənistanının Rusiya diktaturası ilə, hərbi cinayətkarla ortaq heç nəsi ola bilməz”...yazıblar.

Amma, “təəssüflər olsun ki”, vaxt darlığından,.. elə Pelosi xanım da görsün deyə, bunu plakat edib İrəvanda “Rusiya ilə əbədi” yazısının yerinə asa bilməyiblər.

...Deyim ki, Sizi bilmirəm, amma mən ermənilərin İrəvan küçələrindən asdıqları “Rusiya ilə əbədi” yazısını çıxarsalar da,..lakin həmişəlik olaraq, harasa tulladıqlarına inanmıram.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə