22 yaşlı xanım hicaba düzgün örtünmədiyinə görə şiddətə məruz qaldı və öldü
İranda hicab qaydalarına uyğun örtülmədiyi və zorakılığa məruz qaldığı iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmini həyatını itirib. SİA xəbər verir ki, Əminin ölümündən sonra Tehran sakinləri küçələrə axışarkən İranın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlanılacağını açıqlayıb.
Sentyabrın 13-də İranın paytaxtı Tehranda 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına uyğun olaraq örtünmədiyinə görə polis tərəfindən saxlanılıb. Onun şiddətə məruz qalaraq həyatını itirdiyi bildirilib. Əminin ölümündən sonra Tehran sakinləri Əmininin dünyasını dəyişdiyi xəstəxananın qarşısına toplaşaraq, hadisəyə reaksiya veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB