Misirdən Süveyş kanalı ödənişlərində artım

Misirdən Süveyş kanalı ödənişlərində artım

Misir 2023-cü ilin yanvar ayından etibarən Süveyş kanalında ödənişləri 15 faiz artırıb. SİA xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının prezidenti Usamə Rabi verdiyi açıqlamada dəniz nəqliyyatı sektorunda bazarda baş verən dəyişikliklər nəticəsində kanaldan keçən tranzit ödənişlərinə yenidən baxıldığını bildirib. Kanaldan keçən bütün növ gəmilərin rüsumunun 15 faiz artırıldığını qeyd edən Rabi, yalnız yük daşıyıcıları və turizm gəmilərinin rüsumlarının 10 faiz artırıldığını bildirib.

Rabi artımların 2023-cü ilin yanvar ayından etibarən həyata keçiriləcəyini ifadə edərək, artımlarda qlobal tədarük zəncirindəki böhrana, daşınma üsullarında qiymət artımına və yüksək enerji qiymətləri kimi amillərin təsirli olduğuna diqqət çəkib. Dünya dəniz ticarətinin 10 faizini təmin edən Süveyş kanalı Misirin əsas gəlir mənbələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə