Adi hal almış... Qırğızıstan-Tacikistan toqquşması...

Qırğızıstan tərəfi 24 nəfərin öldüyünü, 120-dən çox insanın isə yaralandığını bildirir...
Adi hal almış... Qırğızıstan-Tacikistan toqquşması...

Tacikistan hərbçiləri Qırğızıstanla sərhəddə baş verən münaqişə zamanı qırğızlara məxsus 36 metrlik körpünü partladıblar.

SİA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyinin verdiyi məlumata görə, hadisə Kok-Taş-Aksay-Tamdıq avtomobil yolunun 7-ci km-də, yolun Daça-Çayxana hissəsində baş verib.

Qırğızıstan departamentinin nümayəndəsinin sözlərinə görə, tacik hərbçiləri Ak-Suu çayında quraşdırılmış 36 metrlik körpünü partladıblar.

Xatırladaq ki, bu birinci dəfə deyil. Belə ki, Qırğızıstan və Tacikistan sərhədində növbəti qarşıdurmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər gün ərzində sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib.

Qırğızıstan tərəfi 24 nəfərin öldüyünü, 120-dən çox insanın yaralandığını bildirib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Belə ki, tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər.

...Və sonda, imkanı olanlar iki ölkənin xəritədə necə yerləşməsinə baxsın. Mən istisna etmirəm ki, “Sovetlər dövründə”, dəqiq desək, o vaxt Kremldə oturanlar sərhəd bölgüsündə gələcək üçün hər şeyi nəzərə alıblarmış...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə