ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink ABŞ hakimiyyətinin Ukraynaya lazımi hərbi yardım göstərməyə çalışdığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Qeyd edək ki, “ICTV”-yə müsahibə zamanı Brinkdən 300 kilometrə qədər mənzilli HIMARS üçün raketlərin Kiyevə çatdırılması şərtləri ilə bağlı sual verilib.
O, cavab olaraq, tədarük edilən silah növləri cəbhədəki vəziyyətdən asılı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ və Ukraynanın hərbi-siyasi dairələri bu məsələni müzakirə edirlər.
Yeni yardım paketinə Ukraynanın hazırda müharibədə ehtiyacı olan şeylər üçün 675 milyon dollar, həmçinin Ukraynanı, tərəfdaş və müttəfiqlərini gələcəyə hazırlamaq üçün 2 milyard dollar daxildir.
Bridjit Brink, fevralın 24-dən bəri ayrılmış təhlükəsizlik yardımına təxminən 15 milyard dollarlıq əlavə edilən bu əhəmiyyətli yardım paketini söyləyib.
Bir daha xatırladaq ki, ABŞ dövlət katibi sentyabrın 8-də gözlənilmədən Ukraynaya hərbi yardımı müzakirə etmək üçün səfərlə Kiyevə gəlmişdi.
Səfər zamanı o, ABŞ-ın Ukrayna və ona qonşu olan 18 ölkəyə silah almaq üçün 2 milyard dollardan çox sərmayə ayıracağını açıqladı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB