Parisdə Makronun istefası tələb olunur..?

Parisdə Makronun istefası tələb olunur..?

...“Patriotlar” hərəkatının Fransa prezidenti Emmanuel Makronun istefasını tələb edən çağırışından sonra bir neçə min nümayişçi Parisdəki Royal Sarayına toplaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “RİA Novosti”nin müxbiri xəbər verir.

Beləliklə, bu il aprelin 16-da Parisin mərkəzində Makronun ikinci müddətə yenidən seçilməsinə qarşı mitinq keçirilib. Qeyd edək ki, aksiyanı “Patriotlar” hərəkatının lideri Florian Filippo təşkil edib.

Xatırladaq ki, dövlət rəhbərinə qarşı ilk etirazlar hələ sentyabrın 3-də başlamışdı, indi isə “Patriotlar” insanları Makronun getməsini və Fransanın Avropa Birliyi və NATO-dan çıxmasını tələb edərək küçələrə çıxmağa çağırır.

...Bu arada rus saytlarının məlumatına görə, guya son Elabe sorğusu fransızlar arasında anti-Rusiya sanksiyalarına dəstəyin azaldığını göstərib. İndi əhalinin 40 faizi sanksiyaların tərəfdarıdır, respondentlərin 32 faizi fransızların gündəlik həyatına təsirini azaltmaq istəyir, respondentlərin 27 faizi isə iqtisadi sanksiyaların əleyhinədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə