Merin müavini və həyat yoldaşı güllələniblər

Merin müavini və həyat yoldaşı güllələniblər

Rusiyanın nəzarətində olan Berdyansk merinin müavini Oleq Boyko və həyat yoldaşı Lyudmila başından güllələnib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə REN TV məlumat yayıb.

Telekanalın mənbəsinin məlumatına görə, ər-arvad bir gün əvvəl səhər saat 9 radələrində Korolenko küçəsindəki mənzillərinin yanındakı qarajın yaxınlığında öldürülmüş vəziyyətdə tapılıb. Polis hadisə yerində altı mərmi aşkarlayıb. İlkin müəyyən edilib ki, cinayətkar “Makarov” tapançasından atəş açıb.

Qətlin versiyaları arasında təxribatçıların hücumu və sifarişli qətl də var.

Qeyd edək ki, Oleq Boyko Berdyansk hərbi-mülki administrasiyası rəhbərinin mənzil-kommunal təsərrüfatı üzrə müavini, həyat yoldaşı Lyudmila Boyko isə referendumun keçirilməsi üzrə şəhər ərazi seçki komissiyasına rəhbərlik edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə