...Bu arada Almaniya kansleri Olaf Şolz Rusiya ilə NATO arasında gərginliyin qarşısını almağa çağırıb və...eyni zamanda o Ukraynanı dəstəkləməyə davam edəcəyinə də söz verib.(...Siz də deyirdiniz ki, guya Şolz Putindən “qorxur”-A.B.)
Qeyd edək ki, bir gün əvvəl Şolz, NATO-nun Rusiya üçün heç bir təhlükə yaratmadığını bəyan etməzdən əvvəl Rusiyanı Şimali Atlantika Alyansı üçün ən böyük təhlükə yaratdığını bildirmişdi.
“...Biz Ukraynanı dəstəklədik, bunu geniş miqyasda, o cümlədən silah tədarükündə də davam etdirəcəyik. Eyni zamanda bizim məqsədimiz odur ki, Rusiya ilə NATO arasında eskalasiya olmasın”.
...Olaf Şolz bunu “Deutschlandfunk” nəşrinə müsahibəsində bildirib.
O xatırladıb ki, Almaniya artıq Ukraynanı “IRIS-T” hava-hava tipli raketlərlə təchiz edib. Şolz, bu tipli raketlərin Kiyev və ya Odessa kimi şəhərləri ruslardan qorumağa qadir olduğunu da gizlətməyib. Kanslerin sözlərinə görə, Almaniya gələcəkdə də Ukraynanı bu tipli əlavə qurğularla təmin edəcək.
...Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinlə fikir ayrılığına baxmayaraq, Şolz, onunla davam edən söhbətlərin "dost tonu"na diqqət çəkib. Kanslerin sözlərinə görə, son danışıqlar zamanı...guya bəzi “hərəkətlər” də əldə olunub. Eyni zamanda o, əmindir ki, Putin hələ də “imperialist məqsədi güdür” və ona görə də BMT Baş Assambleyasının qarşıdan gələn iclasında Rusiyaya heç bir güzəştə getməməyə çağırır.
Xatırladaq ki, sentyabrın 13-də Putin və Şolz telefon danışığı zamanı Zaporojye AES-dəki vəziyyəti, “taxıl müqaviləsi”ni, habelə Rusiya ilə Ukrayna arasında münaqişənin gedişatını müzakirə ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB