İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Çinin Avropa İttifaqı üçün təhlükə yaratdığını bildirib.
Seçki kampaniyası zamanı o, Çin Xalq Respublikasının rəhbərliyinin Çin imperiyasının qədim ekspansionizmini müasir kommunist qlobalizmi ilə birləşdirdiyini deyib.
“İrəli İtaliya” partiyasının lideri Bu ölkə “iqtisadi, siyasi və hərbi baxımdan hamımız üçün təhlükəli çağırışdır”-deyə bildirib.
SİA TASS-a istinadən xəbər verir ki, Berluskoni həmçinin Avropa İttifaqı ölkələrini Pekinin “mümkün hücumlardan müdafiə edə bilmək” üçün silahlı qüvvələrini koordinasiya etməyə və ümumi xarici siyasət hazırlamağa çağırıb.
Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Avropa İttifaqının Çin və Rusiyanın bölgədəki təsirinə qarşı çıxmaq üçün Latın Amerikasında diplomatik və kommersiya hücumuna hazırlaşdığı da bildirilirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB