Avropa İttifaqında oturanlara “yazıqları gələnlər”...

Rusiyadan Çinə ötürüləcək “Sibirin gücü-2” qaz kəməri avropalıları ruhdan salıb
Avropa İttifaqında oturanlara “yazıqları gələnlər”...

Rus saytlarının yazdığına görə, hazırda Fransanın “Le Figaro” qəzetinin oxucuları Monqolustandan keçməklə Çinə ötürüləcək “Sibirin gücü-2” qaz kəmərinin çəkilməsi planları barədə xəbərləri çox geniş və fəal şəkildə müzakirə etməyə başlayıblar.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bir çox şərhçilər təkcə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin hərəkətlərini tənqid etmir, həm də tezliklə Rusiyanın enerji resurslarını itirə biləcək Avropa İttifaqında oturanlara “yazıqları gəlir”.

Hətta qərbli səlahiyyətlilərə məktub yazan o “yazığı gələn” avropalı oxucularda biri yazı ki: “...bir neçə ildən sonra Çin Rusiyadan xeyli ucuz qiymətə enerji alacaq. Avropa üçün isə ÇXR ilə sənaye rəqabəti bitəcək...yəni bu Qərb üçün əbədi məğlubiyyət olacaq”.

Digərləri isə “əminliklə” bu vəziyyətin artıq Avropanın iqtisadi ölümündən xəbər verdiyini deyirlər. Onlar “Şimal axını 2” ilə bağlı vəziyyətə müdaxilə etdiyinə görəb ABŞ-ı ittiham edirlər.

...Bu, Avropanın iqtisadi ölümündən xəbər verir.

Burada qeyd edilməlidir ki, belə məqamlarda rus saytları “fitil qoymaqda” yaman pərgardılar...

Rus saytlarının yazdığına görə, avropalılar ABŞ-ın Rusiyanın “Şimal axını 2”-yə müdaxilə edərək Almaniya rəhbərliyinin köməyi ilə bu layihəni məhv etdiyinə əmindirlər.

Maraqlıdır ki, bu arada bəzi avropalılar regionun Rusiya qazından asılı olduğunu dəfələrlə bildirən Avropa İttifaqı səlahiyyətlilərinin ritorikasına diqqət çəkib. Amma indi, Moskva öz qazını ÇXR-ə tədarük etməyə hazırlaşarkən, yerli media qəzəbli yazılara əl atıb. Oxucular yazır ki, belə bir şəraitdə avropalılar Rusiyadan inciyib eləməməlidirlər, cünki günah öz günahlarıdır.

...Deyirəm, rus saytları “fitil” qoymaqla yanaşı, şişirtməkdə də pərgardılar a...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə