Estoniya NATO-nu Rusiyaya bütün vasitələrlə təzyiq göstərməyə çağırıb

Estoniya NATO-nu Rusiyaya bütün vasitələrlə təzyiq göstərməyə çağırıb

Estoniyanın baş naziri Kaja Kallas NATO-nu Rusiyaya qarşı bütün mümkün təzyiq alətlərindən istifadə etməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusların Avropaya buraxılmamasının tərəfdarı kimi çıxış edən estoniyalı baş nazir bu təklifinə əsas da gətirib.

Belə ki, onun sözlərinə görə, Rusiyada keçirilən sorğuda rusların əksəriyyəti Ukraynada xüsusi əməliyyatın keçirilməsini dəstəkləyib. Bunu da TASS xəbər verir.

Xatırladaq ki, avqustun 18-dən Estoniya Şengen vizası olan rusların öz ərazisinə girişini bağlayıb. Eyni zamanda Kallas bildirib ki, Rusiya Federasiyasından gələn turistlər “ölkənin təhlükəsizliyinə təhlükə yaradır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə