Türkiyənin İstanbul şəhərində İŞİD (DEAŞ) terror qruplaşmasına keçirilən əməliyyatda 10 nəfər saxlanılıb. SİA xəbər verir ki, saxlanılan şübhəlilərin evlərində aparılan axtarışlar zamanı 58 min 950 avro, 37 min 600 türk lirəsi, 400 dollar, çoxlu rəqəmsal materiallar, təşkilati sənədlər, kitablar, saxta şəxsiyyət vəsiqələri və pasportlar ələ keçirilib. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyə orqanlarına təhvil verilən şübhəlilərdən 4-ü həbs edilib, 2-si deportasiya edilib, 2-si barəsində isə məhkəmə nəzarəti müddəaları tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB