Moskva Kiyevin hərəkətlərinə təmkinlə cavab verir, amma…“hələlik”

Moskva Kiyevin hərəkətlərinə təmkinlə cavab verir, amma…“hələlik”

Ukraynanın Rusiya ərazisində terror aktları təşkil etmək cəhdlərinə Moskvanın reaksiyası hələ də təmkinlidir, lakin “hələlik”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində mətbuat konfransı zamanı deyib.

“...Terror hücumlarına gəlincə, bəli, bu çox ciddi bir şeydir. Bu, əslində terror üsullarından istifadədir. Biz bunu işğaldan azad edilmiş ərazilərdə məmurların öldürülməsində görürük. Biz bunu hətta Rusiya Federasiyası ərazisində terror aktları həyata keçirmək cəhdlərində də görürük, o cümlədən hətta obyektlərin özlərində olmasa da, terror aktları törətmək cəhdlərində, sonra bizim nüvə obyektlərimizin ətrafında, Rusiya Federasiyasının ərazisindəki atom elektrik stansiyalarında…” , deyə Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, Rusiyanın mülki infrastrukturlarına qarşı tərəfin zərər vurmaq cəhdlərinə hələ ki, təmkinlə reaksiya verir. Rusiya Federasiyasının silahlı qüvvələri cavab olaraq bir neçə həssas zərbələr endirib ki, “bu, xəbərdarlıqdır”.

Putin daha sonra qeyd edib ki, Rusiya qoşunları bir neçə ay əvvəl Kiyevdən sülh sazişinin bağlanmasına şərait yaratmaq üçün çıxarılıb. Lakin Kiyev rəhbərliyi hər hansı razılaşmadan dərhal imtina edərək onları qutuya ataraq Rusiya ilə heç bir razılaşma əldə etməyəcəklərini, ancaq döyüş meydanında qələbə qazanacaqlarını elan etdilər.

…Və indi də əks-hücum əməliyyatını həyata keçirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə