Rusiya və NATO arasında hipotetik nüvə müharibəsi dünya üçün dəhşətli nəticələrə səbəb olacaq. “A Planı” adlı toqquşma simulyatorunun müəlliflərindən biri olan Prinston Universitetinin dosenti Aleks Qleyzer müharibənin mümkün ssenarisindən danışıb.
“...“A planı” nüvə mübadiləsinin necə fəlakətli nəticələrə səbəb ola biləcəyini göstərir. Tədqiqatçıların fikrincə, nəzəri müharibədə Rusiya NATO-nun hücumuna cavab vermək məcburiyyətində qalacaq, sonra isə havadan taktiki nüvə silahı ilə zərbə endirəcək. Vəziyyət gərginləşərsə, o zaman tərəflər "bir-birinin 30 ən böyük yaşayış məntəqəsini və iqtisadi mərkəzini məhv edə bilər”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, alim bunu “Newsweek”də yazıb.
O, münaqişədən bir neçə saat ərzində 90 milyona yaxın insanın öləcəyini və yaralanacağını bildirib. Mütəxəssis qeyd edib ki, qlobal termonüvə müharibəsinin Yer kürəsində həyat üçün nəticələrini təsəvvür etmək mümkün olmayacaq.
Qleyzer onu da əlavə edib ki, iqtisadi və sosial zərərlə yanaşı, fəlakəti daha da artıracaq və...nüvə qışı gələcək.
Qeyd edək ki, bir müddət bundan əvvəl Amerikanın “Foreign Affairs” jurnalında NATO-nun Ukrayna ərazisinə girəcəyi təqdirdə nüvə müharibəsinin qaçılmaz olacağı barədə yazı yer almışdı. Yazıda deyilirdi ki, alyansın belə bir addımı blokun hərbi qulluqçularının ölümü və ya yaralanmasına səbəb olacaq. Və bundan sonra NATO nüvə müharibəsinə başlamaqla cavab vermək qərarına gələcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB