Avstraliyada bir balıqçı daha əvvəl növü aşkar edilməmiş qorxunc görünüşlü köpək balığı tutub. Bir neçə metr dənizin altından tutulan dərin dəniz köpəkbalığının hansı növə aid olduğu hələ müəyyən edilməyib. SİA xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə köpək balığının dəhşəti diqqət çəkib. Avstraliyada çənəsi çıxmış və iri gözlü köpək balığını balıqçı tutub. Müəmmalı olduğu qədər qorxulu görünüşü də olan köpək balığı mütəxəssislərin araşdırma mövzusu olub. "Newsweek"in xəbərinə görə, Trapman Bermagui adlı avstraliyalı sentyabrın 12-də Sidney sahillərində balıq tutub. O, vurğulayıb ki, köpəkbalığı kobud dərisi, uclu burnu, iri gözləri və çıxıntılı çənəsi ilə qorxulu görünüşə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB