"Meymun çiçəyi"nə ilk yoluxma halı Çində də qeydə alınıb. SİA xəbər verir ki, yaşı və cinsi açıqlanmayan xəstənin xaricdən gələn sərnişin olduğu, Covid-19 tədbirləri səbəbi ilə oteldə karantində olarkən xəstələndiyi bildirilib. Tibb işçiləri qeyd edib ki, şəhərə gəldiyi gündən karantində saxlanılan xəstə hələ də heç bir ictimai fəaliyyətlə məşğul olmadığından xəstəliyin yayılma riski azdır.
Qeyd edək ki, Çində xəstəlik sentyabrın 6-da Honq Konq Xüsusi İnzibati bölgəsində xaricdən gələn və karantin rejimində olan sərnişində aşkarlanıb. Endemik virusun törətdiyi nadir xəstəliklərdən biri olan "meymun çiçəyi" Konqo və Qərbi Afrika növü olaraq 2-yə bölünür. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, sentyabrın 15-nə olan məlumata görə, dünyada 60 min 799 insanda "meymun çiçəyi" virusu aşkar edilib, 20 nəfər isə virus səbəbindən ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB