Zelenski: "İzyumdakı kütləvi məzarlıqda 400-dən çox cəsəd tapıldı" - FOTOLAR
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusundan geri alınan İzyum şəhərində kütləvi məzarlıq olduğunu açıqlayıb və İzyumdakı kütləvi məzarlıqdan 400-dən çox cəsədin tapıldığını deyib. SİA xəbər verir ki, İzyumda Birləşmiş Millətlər Təşkilatının (BMT) müşahidə missiyası da daxil olmaqla Ukrayna ekspert qruplarının apardığı araşdırmalar zamanı meşəlik ərazidə çoxlu sayda insan cəsədi tapılıb. Sosial media hesabında kütləvi məzarlıqların fotolarını paylaşaraq açıqlama verən Zelenski, "İzyumdakı kütləvi məzarlıqda 400-dən çox cəsəd tapıldı. İşgəncə izləri olan uşaqlar, raket hücumları nəticəsində ölənlər və Ukrayna Silahlı Qüvvələrin döyüşçüləri...Rusiyadan geriyə yalnız ölüm və ağrı qalır. Qatillər və işgəncəçilər insanı hər şeydən məhrum edir. Siz qaçmayacaqsınız, gizlənməyəcəksiniz. Bizim qisasımız doğrudan da dəhşətli olacaq. Bu gün dünya rus ordusunun nə etdiyini görməlidir. İzyum yaxınlığındakı meşədə 400-dən çox məzar var. Biz hələ də dəqiq nə qədər cəsədin olduğunu bilmirik. Dünya hərəkətə keçməlidir. Rusiyanın terrorizmini tanınmalıdır”.
Qeyd edək ki, dərc edilən fotoşəkillərdə çoxlu sayda ukraynalının, əsasən də əsgərlərin əlləri arxada bağlanmış şəkildə kütləvi məzarlıqlarda basdırıldığı görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB