ABŞ Kiyevə “nə qədər lazımdırsa” dəstək verəcək!

ABŞ Kiyevə “nə qədər lazımdırsa” dəstək verəcək!

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Birləşmiş Ştatların Kiyevə nə qədər lazımdırsa,.. o qədər dəstək verəcəyini bildirib.

SİA-nın “RİA Novosti”dən əldə etdiyi məlumata görə, Kirbi Vaşinqtonun Kiyevə Moskva ilə sülh danışıqlarının vaxtını müəyyən etmək imkanı verəcəyini də bildirib.

“...Prezidentimizin mövqeyi ondan ibarətdir ki, biz Ukraynaya döyüş meydanında uğur qazanmağa kömək etmək və danışıqlar masası arxasında mövqelərini gücləndirmək üçün lazım olan müddət ərzində dəstəkləməyə sadiqik”.

Bunu da ABŞ administrasiyasının rəsmisi deyib.

Ağ Evin sözçüsü həmçinin qeyd edib ki, danışıqların nəticələrini yalnız Ukrayna prezidenti Vladimir Zelenski yekunlaşdıra bilər. Yəni “...yalnız prezident Zelenski nəyin qələbə, nəyin isə məğlub olduğunu müəyyən edə bilər”.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kiyevin Moskva ilə danışıqlardan imtina edərək hərbi hərəkətə keçmək qərarına “əldə bayraq” ifadəsi ilə reaksiya verib. O, izah edib ki, Rusiya razılaşmaya şərait yaratmaq üçün qoşunlarını Kiyevdən çıxarıb, lakin Ukrayna hakimiyyəti Moskva ilə bütün razılaşmalardan imtina edib və onları “qutuya atıb”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə