Çin nümayəndə heyəti kraliça II Elizabetanın dəfn mərasiminə niyə buraxılmadı?

Çin nümayəndə heyəti kraliça II Elizabetanın dəfn mərasiminə niyə buraxılmadı?

İngiltərədə parlament binasındakı bir salonda olan Kraliça II Elizabetin dəfninin Çin nümayəndə heyəti tərəfindən ziyarət edilməsinə icazə verilmədiyi iddia edilib. SİA xəbər verir ki, kraliça II Elizabetanın dəfn mərasimində iştirak etmək üçün İngiltərəyə gələn Çin nümayəndə heyətinin İngiltərə parlamenti binası içərisində "Westminster Hall"da sərgilənən kraliçanın tabutunu ziyarət etmək istəyinin rədd edildiyi iddia edilib.

Pekin ötən il Çinin Sincan-Uyğur Muxtar bölgəsində müsəlman azlıqlara qarşı hüquqların pozulmasını tənqid etdiklərinə görə bəzi britaniyalı qanunvericilərə sanksiya tətbiq etmək qərarına gəldikdən sonra Britaniya parlamentinin iki rəhbəri Çinin Londondakı səfiri Cing Jiguang-ın parlament binasına daxil olmasına qadağa qoyub. Sentyabrın 19-da kraliçanın dəfn mərasimində Çini təmsil edən vitse-prezident Vanq Çişanın iştirak edəcəyi gözlənilir. Kraliçanın tabutu dəfn gününə qədər "Westminster Hall"da ziyarət ediləcək. Dini mərasim eyni kampusda yerləşən "Westminster Chapel"də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə