BMT nizamnaməsinin əsas pozucusu...Rusiyadır

BMT nizamnaməsinin əsas pozucusu...Rusiyadır

“...Rusiya BMT nizamnaməsinin əsas pozucusudur”,

Bunu ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Vaşinqtonda İordaniyanın xarici işlər naziri ilə danışıqlardan sonra bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “RİA Novosti” yayıb.

O qeyd edib ki, Rusiya hakimiyyətinin davranışı ilə bağlı narahatlıq dünya ölkələrindən eşidilir. Onun fikrincə, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı sülh və sabitliyin qorunmasına yönəlmiş beynəlxalq münasibətlərin prinsiplərinə, BMT nizamnaməsinə qarşı təcavüzdür.

Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolz Rusiya hakimiyyətini Avropa İttifaqı və NATO-ya qarşı çıxmaq istəməkdə günahlandırmışdı.

Amma maraqlıdır ki, bütün bunlara baxmayaraq, Almaniya hökumətinin başçısıŞ Avropa İttifaqı və ABŞ-ın Rusiya ilə dialoqu davam etdirməsini vacib hesab edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə