ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hesab edir ki, Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün “Rusiyanı əziyyətə salan” sanksiyalar lazımdır.
SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, o, bu barədə Berlində G7 ölkələrinin parlament sədrlərinin mətbuat konfransında bildirib.
Beləliklə, Pelosi mətbuat konfransında “...atəşkəs üçün Ukraynaya əhəmiyyətli hərbi dəstək, humanitar və iqtisadi yardım, Rusiyaya isə əziyyət çəkəcək sanksiyalar, sanksiyalar, sanksiyalar”, - deyə Pelosi bildirib.
Bundan əlavə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Rusiyanın dondurulmuş aktivlərindən məhrum edilməsini və onları Ukraynanın bərpasına yönəltməyi zəruri hesab edir.
“Rusiyanın aktivlərini müsadirə edin, onları dondurun və daha sonra Ukraynanı yenidən qurmaq üçün istifadə edin” deyən Pelosi, “bunun üçün çox pul lazım olacaq” -əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB