Qərbin sanksiyaları Rusiyanın Ukraynadakı müharibə üçün müasir silahlar istehsal etmək imkanını sarsıtmağa başlayır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
“…Bu gün Rusiya zavodlarına sanksiyalar getdikcə daha çox mane olur. Çünki onların silah sistemləri üçün lazım olan bəzi komponentlər Qərb sənayesindən gəlirdi. Beləliklə, qanadlı raketlərin istehsalı xeyli azalıb”, - Bauer bildirib.
Onun sözlərinə görə, bir sıra komponentlərin çatışmazlığına baxmayaraq, Rusiya sənayesi hələ də çoxlu sursat istehsal edə bilər.
“…Bizim bildiyimizə görə, ruslar hələ də əhəmiyyətli sənaye bazasına malikdirlər və çoxlu döyüş sursatı istehsal etmək iqtidarındadırlar. Və onların hələ də çoxlu sursatları var", - o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Putinin “ultra müasir” silahlarla öyündüyü, lakin onların geridə qalmış və təsirsiz olduğu bildirilirdi. Rusiya Federasiyasının hərbi-sənaye kompleksi prinsipial olaraq yeni inkişaflar yaratmır, lakin hələ də sovet nailiyyətlərindən istifadə edir.
Xatərladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın təcavüzündən ən çox özü zərər çəkəcəyini demişdi. Budur, Ukrayna beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiyaya bütün cəbhələrdə təzyiq göstərməkdə davam edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB