Rusiya prezidenti Vladimir Putin Kiyevin Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücum əməliyyatları ilə bağlı bəyanatlarına münasibət bildirib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“…Kiyev hakimiyyəti elan edib ki, onlar aktiv əks-hücum əməliyyatına başlayıblar. Yaxşı, “görək necə olacaq, axırı necə olacaq”, - deyə Rusiya dövlət başçısı bildirib.
Ukraynanın ölkənin cənubunda “ciddi əks-hücum” hazırladığı iddiası ilə bağlı CNN telekanalı kəşfiyyat məlumatlarına malik iki yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Daha sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Silahlı Qüvvələri üç istiqamətdə hücuma cəhd edib, lakin bu, “uğursuzluqla nəticələnib”.
Xatırladaq ki, fevralın 24-də Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata başladığını elan edib. Belə ki, onun sözlərinə görə, Moskva Donetsk və Luqansk Xalq Respublikalarının (DNR və LNR) rəhbərlərinin hərbi yardımla bağlı müraciətlərinə cavab verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB