...Ruslar deyirlər: etməyin-etməyək!

Rusiya Avstraliya vətəndaşlarına qarşı sanksiyalar tətbiq etdi
...Ruslar deyirlər: etməyin-etməyək!

Rusiya hakimiyyəti 41 Avstraliya vətəndaşına qarşı sanksiyalar elan edib. RİA Novosti-nin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, “qara siyahı”ya düşənlərin çoxu jurnalistlərdir. Amma jurnalistlərdən əlavə siyhıda hərbi-sənaye kompleksinin nümayəndələri də var.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, Rusiya tərəfi bunu əks tədbir, yəni Avstraliyanın ruslara qarşı tətbiq etdikləri “siyasi motivli sanksiyalarına” cavab olaraq qəbul edildiyini bildirirlər.

“...Hərbi-sənaye kompleksinin podratçıları, jurnalistlər və bu ölkədə anti-Rusiya gündəmini təşkil edən bələdiyyə deputatlarından əlavə 41 avstraliyalının ölkəmizə qeyri-müəyyən müddətə girişi bağlanıb”. Bildirək ki, bu Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.

Xatırladaq ki, rus tərəfi lazım gələrsə, Kanberraya qarşı sanksiyaları genişləndirəcəyini də vəd edib. (...Kanberra Avstraliyanın paytaxtıdır-A.B.)

Xatırladaq ki, iyul ayında Avstraliya Alina Kabayevaya və Rusiya prezidenti Vladimir Putinin əmisi oğullarına qarşı sanksiyalar tətbiq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə