Danimarkalı ət istehsalçısı... daha ruslara ət satmayacaq

Danimarkalı ət istehsalçısı... daha ruslara ət satmayacaq

...Baş ofisi Danimarkada yerləşən iri donuz əti istehsalçısı olan “Goodvalley” Rusiya biznesini, Tambov vilayətindəki “Rasskazovski” donuzçuluq kompleksini satıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” nəşri xəbər verib.

“Kommersant”ın yazdığına görə, yerli taxıl istehsalçısı və taciri ildə 20 min tona qədər ət istehsal edən müəssisənin sahibi olub.

Ekspertlər hesab edirlər ki, yeni komplekslərin tikinti xərclərinin artması fonunda mövcud müəssisələrin alınmasına maraq artmalıdır.

Xatırladaq ki, artıq mindən çox xarici şirkət, o cümlədən tanınmış dünya brendlərinin istehsalçıları Qərbin tələblərinə cavab olaraq Rusiya bazarından müvəqqəti və ya tam şəkildə rk ediblər.

Qeyd edək ki, Rusiyanı tərk edən dünya brendləri istehsalçılarının bəziləri sonradan...yenidən Rusiyaya qayıdacaqlarına ümid etsələr də, bəziləri isə elə gedərkən bir daha geri qayıtmayacaqları elan ediblər.

Maraqlıdır ki, indi əksər ruslar Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın onların həyatlarına qara xətt saldığını etiraf edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə