Şolz Rusiyanı NATO üçün “ən böyük təhlükə” hesab edir

Şolz Rusiyanı NATO üçün “ən böyük təhlükə” hesab edir

Almaniya kansleri Olaf Şolz hazırda NATO üçün ən böyük təhlükənin Rusiya olduğuna əminlik bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə bu gün Bundesverin inkişafına dair konfransda bildirib.

Onun sözlərinə görə, artıq nəyə hazırlaşmalı olduğumuza dair heç bir şübhə yoxdur. Rusiya isə prezident Putinin rəhbərliyi altında, biz NATO çərçivəsində buna hazırlaşırıq...

NATO-nun Avropa təhlükəsizliyinin qarantı olaraq qaldığını deyən Almaniya kansleri, Avropanın hər kvadrat metrini qoruyacaqlarını da istisna etmir.

Maraqlıdır ki, bu arada NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı münaqişənin tezliklə bitməyəcəyini bildirib.

Onun sözlərinə görə, Qərb anlamalıdır ki, Ukraynadakı münaqişə tezliklə bitməyəcək və Kiyevin Qərb dövlətlərinin hərbi və maliyyə dəstəyinə hələ də ehtiyacı olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə