Avropa İttifaqı Ukrayna münaqişəsi fonunda Rusiyaya qarşı siyasətinin əsas prinsiplərinə yenidən baxmalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təklif Fransa, Almaniya və Polşa tərəfindən irəli sürülüb.
Üç ölkənin Avropa işləri üzrə nazirləri birgə bəyanatda qeyd ediblər ki, Ukraynada xüsusi əməliyyatın başlanması “Avropa İttifaqı və Rusiya arasında münasibətlərdə dönüş nöqtəsinə çevrilib”.
Sənəddə deyilir: “Biz Avropa İttifaqını Rusiyaya qarşı siyasətinin əsas prinsiplərini yenidən müəyyənləşdirməliyik”.
Nazirlər həmçinin Ukraynada yenidənqurma vəzifələrinə strateji yanaşmanın inkişaf etdirilməsinə çağırıblar.
Bundan əlavə, gələcəkdə Avropa İttifaqında “Ukrayna qüvvələrinin təlimi” missiyası yaradıla bilər ki, bu da hərbi texnikaya texniki xidmət və təmiri həyata keçirəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB