Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Moldovanın paytaxtı Kişinyovdakı görüşlərdən sonra Qaqauz Muxtar Vilayətinin mərkəzi Komrat şəhərinə gedib.
SİA-nın əldə etdiyi məlumata görə, Komratda M.Şentopu Qaqauz Muxtar Vilayətinin binası qarşısında Qaqauz Muxtar Vilayətinin sədri İrina Vlah, Qaqauz parlamentinin sədri Dmitri Konstantinov və həmyerliləri Türkiyə bayraqları ilə qarşılayıb.
Mustafa Şentop onu coşğu ilə qarşılayan balacaların da yanına gedərək xatirə şəkli çəkdirib.
Qarşılama zamanı ənənəyə uyğun olaraq Şentopa duz və çörək təqdim edilib.
TBMM sədri yerli xalq rəqsləri ansamblının çıxışından sonra Qaqauz Muxtar Vilayətinin sədri İ.Vlah və Qaqauz parlament sədri Konstantinov ilə görüşlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB