Macarıstandakı Azərbaycan Evində şəhidlərimiz üçün güşə yaradılıb
Son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsinin yad edilməsi məqsədilə Macarıstanın Budapeşt şəhərindəki Azərbaycan Evində guşə yaradılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Macarıstanda yaşayan və təhsil alan həmvətənlərimiz dostları ilə birlikdə günün müxtəlif vaxtlarında həmin guşəni ziyarət edərək şəhidlərimizin xatirəsini anırlar.
Qeyd edək ki, son hadisələrlə bağlı Azərbaycan Evi Macarıstandakı Azərbaycan icmasının adından yerli KİV və rəsmi qurumlara hadisələrin obyektiv qiymətləndirilməsi üçün bəyanat da göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB