Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin tez bir zamanda bitməsini istədiyini bildirib. O, bunu Hindistanın baş naziri Narendra Modi ilə söhbətində deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “Reuters” yayıb.
Putin Hindistan liderinin diqqətinə Ukrayna hakimiyyətinin danışıqlardan imtina edərək, öz məqsədlərinə hərbi yolla nail olmaq niyyətində olduqlarını da çatdırıb.
“...Ukraynadakı münaqişə ilə bağlı mövqeyinizi və narahatlıqlarınızı bilirəm. Biz bunu mümkün qədər tez dayandırmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, bunu Hindistanın baş nazirinə Rusiya prezidenti deyib.
Xatırladaq ki, Putin sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında iştirak edir. Cümə günü Rusiya prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan lideri İlham Əliyevlə də görüşü nəzərdə tutulub.
Həmçinin ŞƏT sammitində çıxışı zamanı Qərb ölkələrinin sanksiyalar siyasətindən əl çəkəcəyinə ümid etdiyini bildirən Rusiya prezidenti Qərbi “iqtisadi eqoizmdən” əl çəkməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB