Qazaxstanın paytaxtının adı dəyişdiriləcək

Qazaxstanın paytaxtının adı dəyişdiriləcək

Qazaxıstan parlamenti paytaxt Nursultanın adının Astana kimi dəyişdirilməsini qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qazaxıstan parlamenti ölkənin paytaxtının adının Astana olması ilə bağlı Konstitusiyaya dəyişiklikləri təsdiqləyib.

Deputatlar yekdilliklə paytaxtın Astana adlandırılmasını nəzərdə tutan “Konstitusiyaya əlavələr və dəyişikliklər” qanun layihəsini bəyəniblər. Paytaxtın adının dəyişdirilməsini ehtiva edən qanun layihəsi prezident Kasım Jomart Tokayevin imzasından sonra qüvvəyə minəcək.

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkəni 30 ilə yaxın idarə etdikdən sonra 2019-cu il martın 19-da vəzifəsindən istefa verib. Nazarbayevdən sonra prezident postunu tutan prezident Kasım Jomart Tokayev Nazarbayevin adının paytaxta verilməsini təklif edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə