ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan ölkəsinin Ukraynadakı hərbi əməliyyatlara Gürcüstana da qatılmasında maraqlı olmadığını deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “VZQLYAD” qəzetinin Tbilisidəki müxbiri xəbər verib.
Səfir Gürcüstanın “İmedi” telekanalına verdiyi müsahibəsində ölkəsinin nə Gürcüstanla, nə də başqa bir ölkə ilə heç vaxt “ikinci cəbhə” açmaq barədə danışmadığını bildirib.
Deqnanın sözlərinə görə, ABŞ Gürcüstanın beynəlxalq forumlarda Ukraynaya dəstəyini, Gürcüstan Milli Bankının maliyyə sanksiyaları kontekstində Rusiyaya qarşı çevik reaksiyasını, Gürcüstan xalqının və hökumətinin təsirli humanitar yardımını həqiqətən yüksək qiymətləndirir.
“...Amerika əvvəldən Gürcüstan hakimiyyətinə açıq şəkildə bildirdi ki, biz Gürcüstanın ərazisinin 20 faizinin Rusiya tərəfindən işğalı şəraitində düşdüyü xüsusi vəziyyətdən yaxşı xəbərdarıq”, -deyən Kelli Deqnan, bu gün Gürcüstanın çətin vəzityyətdə olduqlarını da etiraf edib.
Bununla belə, səfir Gürcüstanın Ukraynaya dəstək üçün atdığı addımları da yüksək qiymətləndirib.
Gürcüstanın Rusiya ilə müharibəyə dair referendum keçirməyi təklifinə münasibət bildirən səfir bununla bağlı: “...Qoy insanlar danışsın” -deyə bildirib
Amerikalı səfirin dediyinə görə, bu gün ABŞ-ın bütün ölkələrdən istəyi nədir?
... “Rusiyanın Rusiya imperiyasını bərpa etmək cəhdlərinə mümkün qədər mane olmaq” və “Rusiya təcavüzünə qarşı” Ukraynanı dəstəkləmək...
“...ABŞ müharibənin Gürcüstana və ya başqa ölkələrə yayılmasını istəmir və bizim maraqlarımıza uyğun deyil”.
Bunu da ABŞ-ın Gürcüstandakı səfiri deyib.
Onun sözlərinə görə, bəzi gürcü siyasətçilərinin ABŞ-a qarşı guya Gürcüstanın “ikinci cəbhə” açmasını istəmələri ilə bağlı ittihamları “rusiyapərəst dezinformasiyadır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB