Papa Qərbin vəziyyətini tənqid edib

Papa Qərbin vəziyyətini tənqid edib

Roma Papası Fransisk Qərbin vəziyyətini tənqid edərək, regionun hazırkı vəziyyətini nümunəvidən uzaq bir hal kimi dəyərləndirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Papa, Qərbin, o cümlədən sosial ədalət baxımından yanlış yol seçdiyinə aydınlıq gətirib.

Din xadiminin fikrincə, Qərb bu gün Avropanın deyil, eyni zamanda bəşəriyyətin ən böyük qəbiristanlığıdır.

Xüsusilə demoqrafik qışa diqqət çəkən Papa Fransisk, Qərbin niyə miqrant inteqrasiyası siyasəti aparmadığını soruşub. O, Avropanın fundamental dəyərlərə qayıtmalı olduğu fikrini bildirib. Roma Papasının fikrincə, “...Biz indi başqa xalqlara kömək etmək üçün yüksək səviyyədə deyilik”.

Xatırladaq ki, bir müddət bundan əvvəl bəşəriyyətin bir əsrdə üç dünya müharibəsindən sağ çıxdığını deyən Papa, indiki vəziyyəti fəlakət adlandırıb. O xatırladıb ki, Ukraynadan başqa, digər ölkələrdə, o cümlədən Afrikada da münaqişələr davam edir və bu, heç kimin vecinə belə deyil.

Bundan əlavə, o, Ukrayna ətrafındakı vəziyyəti şərh etmək çərçivəsində “yaxşı və pis” bölünmədən imtina etməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə