ABŞ Ukrayna ərazisini işğal edən Rusiyaya və müharibə ilə əlaqəsi olanlara qarşı sanksiyalarını davam etdirir. SİA xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Rusiyanın Ukraynada başlatdığı müharibəyə şərait yaradan şəxslərə və qruplara qarşı yeni sanksiyaların tətbiq edildiyi bildirilib. Açıqlamada, sözügedən sanksiya qərarından 22 nəfər və 2 təşkilatın hədəf alındığı, sanksiyaya məruz qalanlar arasında Rusiya ilə birlikdə müharibədə iştirak edən neonasist paramilitar qrup olan “Task Force Rusich”in də olduğu qeyd edilib.
Bəyanatda deyilir ki, yeni sanksiyalar Rusiyaya yeni ixrac nəzarəti tətbiq edən Ticarət Nazirliyi və Rusiyanın müdafiə və yüksək texnologiyalı sənayesini hədəf alan Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilib. ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, Birləşmiş Ştatlar Rusiyanı “müharibə cinayətləri və təcavüzü”nə görə məsuliyyətə cəlb etmək üçün güclü addımlar atmağa davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB