"Ukraynaya dəstək baha başa gəlir, lakin..." - Avropa Komissiyasının sədri

"Ukraynaya dəstək baha başa gəlir, lakin..." - Avropa Komissiyasının sədri

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Ukraynada prezident Vladimir Zelenski ilə görüşüb. SİA xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı son təfərrüatları Zelenskidən alan və araşdırmalar aparan Lyayen daha sonra mühüm açıqlamalar verib. Avropada yüksək inflyasiya və enerji qiymətlərindən danışan Lyayen, "Ukraynaya dəstək baha başa gəlir, lakin azadlığın dəyəri əvəzsizdir" deyib.

Blokun Ukraynaya verdiyi dəstəyin sarsılmaz olduğunu bir daha vurğulayan Lyayen, "Ukraynanın özünü müdafiə etmək üçün ehtiyac duyduğu hərbi gücə sahib olması hər zamankindən daha çox lazımdır" dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə