Meşə yanğınlarında 3 min 600 hektar sahə külə döndü - FRANSADA

Meşə yanğınlarında 3 min 600 hektar sahə külə döndü - FRANSADA

Fransanın Jironde bölgəsində bazar ertəsi baş verən meşə yanğınında 1200-dən çox insan təxliyə edilib, 3600 hektar meşə sahəsi isə yanaraq külə dönüb. SİA xəbər verir ki, meşə yanğınının miqyası artmaqda davam edir. Yanğına təxminən 920 yanğınsöndürən müdaxilə edir. Bölgədə bir çox yollar da alov səbəbindən bağlanıb. Digər tərəfdən, Gironde Qubernatorluğu tərəfindən edilən açıqlamada "4 ev və bir neçə binanın yandığı" qeyd edilib. Bundan əlavə, bu il Fransada 60 min hektardan çox ərazi yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə