Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə Pakistanın Baş Naziri Şahbaz Şərifi qəbul edib. SİA xəbər verir ki, Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısında iştirak etmək üçün gəldiyi Özbəkistanda təmaslarını davam etdirir.
Sabah başlayacaq sammit öncəsi Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla liderlərlə görüşərək Səmərqənd Konqres Mərkəzində keçirilən ağacəkmə mərasiminə qatılan prezident Ərdoğan Pakistanın baş naziri Şahbaz Şərifi qəbul edib. Prezident Ərdoğanın sabah Zirvə Toplantısında çıxış edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Bundan əlavə, Türkiyə Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısından sonra Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a getməsi planlaşdırılır. Türkiyə sel fəlakəti nəticəsində 1500 nəfərin həyatını itirdiyi Pakistana humanitar yardım göndərmişdi. Baş nazir Şərif Türkiyənin köməyinə görə Ərdoğana təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB