Almaniya hökumətindən işəgötürənlərə çağırış

Almaniya hökumətindən işəgötürənlərə çağırış

Almaniya hökuməti işəgötürənləri yüksək inflyasiyaya qarşı işçilərini dəstəkləməyə çağırıb. SİA xəbər verir ki, Almaniya kansleri Olaf Şolz işəgötürənləri inflyasiya ilə mübarizədə işçilərini dəstəkləməyə çağıraraq, 3000 avroya qədər dəstəyin vergidən azad ediləcəyini bildirib.

Şolz, Berlində işəgötürən və həmkarlar ittifaqı nümayəndələri ilə görüşdən sonra verdiyi açıqlamada, Almaniya hökumətinin yüksək inflyasiyanın vətəndaşlar və şirkətlər üzərindəki təsirini azaltmağa çalışdığını ifadə edib. Almaniya vətəndaşlarının supermarketlərdə qiymət artımı və kəskin şəkildə artan enerji ödənişləri ilə bağlı narahatlığını anladığını ifadə edən Şolz enerji xərcləri ilə bağlı ekspertlərdən ibarət komissiya yaradacağını bildirib. O, sözügedən komissiyanın artan xərcləri azaltmaq və şirkətlər və istehlakçılar üçün yüksək inflyasiyanın nəticələrini azaltmaq üçün Almaniya federal hökuməti adından işləyəcəyini bildirib. "Bir çox insan qiymətlərin kəskin bahalaşmasından narahatdır. Bir çox insanlar supermarketdə, yanacaqdoldurma məntəqəsində alış-veriş edərkən, enerji haqqını ödəyərkən inflyasiya hiss edir. Bizneslər də yüksək enerji xərcləri səbəbindən artan təzyiq altındadır. Bunu etmək mənim üçün vacibdir"-deyə, Şolz fikrinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə