Avropa Rusiya qazından asılılıq üzərində qələbə qazandığını elan etdi
Avropa İttifaqı Rusiya qazından ağır asılılığa qarşı mübarizədə qələbə qazanıb, onun idxalda payı cüzi səviyyəyə düşüb.
Qeyd edək ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel deyib.
SİA xəbər verir ki, onun yerli “EFE” xəbər agentliyinə verdiyi müsahibəsi barədə məlumatı TASS yayıb.
Borrrel qeyd edib ki, Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl xaricdən nəql olunan qazın 40 faizi Rusiyanın payına düşürdü.
...Amma indi 10 faizdən də azdır. “Mən çox şadam ki, nəhayət, elektrik enerjisi sistemində islahatların aparılması barədə qərar qəbul edilib ki, qazın qiyməti nə vaxtsa bütün elektrik enerjisinin qiymətini müəyyən etməsin”. Bu, Borrrellin sözləridir.
Rusiyadan tədarükün azalması fonunda Avropa 2021-ci ildə başlayan enerji böhranını aradan qaldırmaq üçün bir sıra tədbirlər görməyə məcbur oldu. Sentyabrın 14-də Avropa Komissiyası Avropa İttifaqı ölkələrində elektrik enerjisi istehlakının pik qiymət saatlarında ən azı 5 faiz azaldılması planını təqdim edib.
Bu arada Rusiya baş nazirinin müavini Aleksandr Novakın bu il Rusiyadan Avropaya qaz nəqlinin 50 milyard kubmetr azalacağını bildirib.
...Yeri gəlmişkən, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2021-ci ildə Avropa İttifaqı Rusiyadan 155 milyard kubmetr qaz idxal edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB